Trampı Ankaraya gətirmək ən çətin mərhələ idi

Trampı Ankaraya gətirmək ən çətin mərhələ idi 

ABŞ Prezidenti Donald Trampı NATO Sammitinə qatılmağa razı salmaq sammitə hazırlığın ən çətin mərhələsi olub.

Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.

Nazirin sözlərinə görə, Trampın sammitdə iştirakı ABŞ ilə Avropadakı NATO müttəfiqləri arasında gərginliyin azaldılması baxımından prinsipial əhəmiyyət daşıyır:

“Avropanın təhlükəsizliyi yalnız Avropa Birliyi çərçivəsində təmin oluna bilməz. Türkiyə inkişaf etmiş müdafiə sənayesi, diplomatik potensialı və NATO-dakı rolu sayəsində Avropa təhlükəsizliyinin əsas aktorlarından biridir. Daha konsolidə olunmuş yanaşmaya ehtiyac var və bu kontekstdə Türkiyə mərkəzi rol oynayır. Türkiyə və Böyük Britaniya kimi inkişaf etmiş müdafiə sənayesinə malik ölkələr Avropanın yeni təhlükəsizlik arxitekturasının formalaşdırılmasında təbii və əvəzolunmaz tərəfdaşlar hesab edilməlidir. Avropa ABŞ-ın yükün bölüşdürülməsi ilə bağlı çağırışlarını psixoloji təzyiq və ya təhdid kimi qəbul etməməlidir. Əksinə, daha çox məsuliyyət götürməlidir".

Qeyd edək ki, NATO Sammiti 7-8 iyulda Ankarada keçiriləcək./Axar.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi