Trampın ticarət savaşı özünə qarşı çevrildi
ABŞ Prezidenti Donald Trampın bəzi ölkələrə qarşı başlatdığı ticarət savaşı ölkənin avtomobil brendi “Ford Fokus”u çətin vəziyyətə salıb.
Axar.az xəbər verir ki, şirkət Çində istehsal etdirdiyi və ABŞ-a satmağı planlaşdırdığı yeni model “Ford Activa” avtomobillərinin satışını dayandırıb.
“Ford” yaşanan iqtisadi böhrandan dolayı Hindistanda istehsal etdirdiyi “EkoSport” avtomobillərini idxal edərək ABŞ-dakı çatışmazlığı aradan qaldırmağa çalışır.
Bundan əlavə, Çindəki ən böyük avtomobil istehsalçısı olan “General Motors” vergi yükünün azaldılmayacağı təqdirdə avtomobillərin istehsalını dayandıracağı barədə xəbərdarlıq edib.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın