TU-160 raket daşıyıcısının sirlərini bilən muhandis ABŞ-a qaçıb – KİV
Rusiyalı mühəndis ABŞ-dan sğınacaq istəyib və Rusiyanın ən yaxşı bombardmançısnın sirlərini açmağı vəd edib.
Kazan aviasiya zavodunun mühəndisi (burada TU-160 strateji bombardmançıları istehsal edirlər) ABŞ-da gizlənib və orada informasiya əvəzinə sığınacaq istəyib.
AzPolitika.info xəbər verir ki, bu barədə ABŞ Texniki və Sərhəd Xidmətinin hesabatında deyilir.
Hesabat «Yahoo News»-in əlinə keçib.
Təsdiqlənir ki, Rusiyanın TU-160 strateji bombardmaçılarının üzərində işləyən mühəndislərdən biri dekabrın sonunda Meksika tərəfdən zirehli cipdə ailəsi ilə birlikdə sərhədi keçib və sığınacaq xahiş edib.
Kişi xəbər verib ki, Aleksey Navalnının dəstəkləndiyi etirzlarda iştirak etdiyi üçün Rusiya hakimiyyətinin təqibindən qorxur. Sığınacaq verilməsi əvəzində kişi Rusiya aviasiyası barədə vacib informasiya ilə ödəniş etməyi vəd edib.
«O dedi ki, mühəndisdir və onun əvvəlki işi 2018-2021-ci illərdə Kazan şəhərində Tupolev aviasiya zavodunda müəyyən tip hərbi təyyarələrin istehsalını əhatə edib» - nəşr yazır.
Bu xəbər üçün şərh yazın