Tünd içkilərin istehsal həcmi 5 dəfə az göstərilib-

Tünd içkilərin istehsal həcmi 5 dəfə az göstərilib- Vergilər Nazirliyi

“Vergi orqanlarının sahibkarlıq subyektlərində yoxlamaların sayının azaldılması da daxil olmaqla bir sıra çağırışlar işgüzar dairələrdə müsbət qarşılanıb”.

Bunu  qurumun yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin baş direktoru Xəqani İsgəndərov bildirib.

“Bu çağırışları qəbul edib, öz uçot sistemini yenidən diaqnostika edərək fəaliyyətini şəffaflaşdıran sahibkarlar da olub, keçid ilində “yoxlamalar yoxdur” deyərək əvvəlkindən daha sərbəst şəkildə qanunları pozmaq və vergidən yayınmaq istəyənlər də. Təbii ki, bu çağırışların hamı tərəfindən eyni cür qəbul ediləcəyini gözləmirdik. Keçid ilinin mahiyyəti o demək deyildir ki, həmin ildə sahibkarlar qanunu istədikləri kimi poza bilərlər. Əksinə, riskli sahələrdə vergi nəzarəti tədbirlərini daha da gücləndirmişik”, – deyə o, qeyd edib.

“Məsələn, alkoqollu içkilərin istehsalı və aksizsiz tütün məmulatlarının dövriyyəsinə qarşı mübarizə tədbirlərini göstərmək olar. Əgər ilin əvvəlində daxili bazarda qaçaqmalçılıq yolu ilə gətirilən tütün məmulatlarının həcmi 16-18% təşkil edirdisə, görülən tədbirlər nəticəsində bu gün həmin rəqəm 3,5%-ə düşüb. Bundan başqa, cari ilin avqustun 1-dən alkoqollu içkilərin istehsalı ilə məşğul olan əsas müəssisələrdə aksiz postları qurularkən məlum oldu ki, tünd içkilərin istehsalının həcmi 5 dəfə azaldılırmış.

Bir məhsul növünün adı altında faktiki olaraq digərinin istehsalı, saxta aksiz markalarından istifadə və aksiz markası olmadan məhsul istehsalı və s. kimi hallar çox geniş yayılmışdı. Aparılan tədbirlər nəticəsində bu sahədə məhsulların dövriyyəsinin şəffaflaşması, aksizlərdən düzgün istifadə istiqamətində ciddi dönüş yaranıb. Lakin təəssüflə qeyd edirəm ki, bu cür qanun pozuntuları digər sahələrdə də mövcuddur”, – deyə nazirlik rəsmisi əlavə edib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər