Türk komandirdən ciddi mesaj-Təyyarələr bizi də vursun
Təhlükəsizlik üzrə məşhur türkiyəli ekspert Abdullah Ağar dünən Afrində 8 türk əsgərinin şəhid olması ilə nəticələnən əməliyyatları şərh edib.
Faktinfo.az xəbər verir ki, Ağar Afrində qatı duman olması səbəbindən terrorçuların aktivləşdiyini bildirib.
“Bu qatı duman hərtərəfi görünməz edib. Terror qrupları da bu fürsətdən istifadə edib tunellərdə əsgərlərimizə yaxınlaşdı. Qəhrəman komandanlardan birinin belə bir çağırışı var: Təyyarələr bizi vursun. Bizimlə bərabər terrorçular da ölsün. Düşünürəm ki, bu sözlər “Zeytun budağı” hərəkatının simvoluna çevrilməlidir”, - ekspert bildirib.
Qeyd edək ki, dünən Afrində Kəl Təpə adlanan istiqamətdə 100-dən çox YPG-çi tunellərdən qəfil türk hərbçilərinə qarşı hücuma keçib.
Nəticədə yaranan silahlı qarşıdurmada 8 türk əsgəri şəhid olub, 26-sı yaralanıb.
Terrorçulardan isə 22-si məhv edilib, 2-si isə ələ keçirilib.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın