"Türk ordusu NATO-da ən güclüsüdür,Rusiyanın Aralıq dənizindəki fəaliyyətini bloklayır"-Konstantin Sivkov
Türkiyə Afrin əməliyyatlarından qalib çıxacaq.
Faktinfo.az xəbər verir ki, bunu “RİA Novosti” agentliyinə açıqlamasında rusiyalı politoloq Konstantin Sivkov söyləyib.
“Türk ordusu NATO dövlətləri arasında ən yüksək döyüş hazırlığına malik ordudur. Onun hərbçiləri Türkiyə ərazisində, eləcə də şəhərlərdə kürdlərlə mübarizə ilə bağlı əhəmiyyətli təcrübəyə sahibdirlər. Bu savaşdan, sözsüz ki, türklər qalib çıxacaq. Kürdlər hazırda ABŞ-a ümid edirlər.
Əgər ABŞ Kürdüstanın yaradılmasına izn versə, Türkiyə onun düşməni olacaq və hətta NATO-dan da çıxacaq. Türkiyə bu alyansda mühüm mövqe tutur və Rusiyanın Aralıq dənizindəki fəaliyyətini bloklayır”, – deyə o bildirib.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın