Türkiyə açıqladı:

Türkiyə açıqladı: Dünyada bu sahədə rəqibimiz...

Türkiyənin turizm rəhbərliyi 2019-cu ilin proqnozunu və əcnəbi turistlərin cəlbi ilə bağlı əsas rəqiblərini müəyyənləşdiriblər.

Antalyada 2018-ci ilin turizm yekunları ilə bağlı tədbir keçirilib. Tədbirdə otel sahibləri, turoperatorlar və yerli məmurlar iştirak edib. Ümumi rəyə görə, 2018 turizm sahəsində ən yaxşı il olaraq xarakterizə edilib.

İlkin hesablamalara görə, Türkiyə 2018-ci ildə 2017-ci illə müqayisədə 28% çox, 13,5 milyon əcnəbi turist qəbul edib. Aralıq Dənizi Turist Otellər və Operatorlar Assosiasiyasının rəhbəri Ərkan Yaqçi bildirib ki, Türkiyə bu templə 2023-cü ildə 50 milyon turisti qəbul etməyə hazır olacaq.

Ölkənin turizm potensialının ildə 80 milyon olduğu bildirilən toplantıda turizm sahəsində ölkənin ən ciddi rəqibinin İspaniya olduğu vurğulanıb.

Qeyd olunub ki, Türkiyə “ağıllı turizm” həyata keçirməli və il ərzində turizm qəbulunu nizamlamalıdır.

Axar.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi