Türkiyə artıq dost deyil, potensial düşmənimizdir – Rubin
Hər nə qədər kiçik bir ehtimal olsa da, Türkiyə ilə ABŞ-ın bir-birini hədəf alması və qarşıdurma yaşanması artıq xəyal edilə bilməyəcək bir vəziyyət deyil.
Bu sözləri Pentaqonun keçmiş rəsmisi Maykl Rubin “Vaşinqton Examiner” nəşrindəki köşəsində yazıb.
“Qərbin bir Türkiyə problemi var, Türkiyə uduzulub. Soyuq müharibə zamanında Misir və Liviyanın etdiyi kimi, Türkiyə də bu gün Rusiya cəbhəsinə meyillənir. Ancaq burada fərqli bir məqam da var. Qərb o dövrdə bu cür addımların qarşısını almaq üçün müxtəlif gedişlər edib. Müttəfiqliyin davam etdirildiyi rolunu ifa etməyi buraxıb, düşməni ilə sirlərini bölüşməyə son vermişdi”, - Rubin qeyd edib.
Rubinin fikrincə, ABŞ və Avropa bir zamanlar sadəcə ehtimaldan kənar olaraq görünən şeylərin artıq reallaşa biləcəyini qəbul etməlidir. Bu məqamda Pentaqonun keçmiş rəsmisi Ərdoğanla artıq müttəfiqlik edilə bilməyəcəyini və ən azından onun təcrid edilməli olduğunu vurğulayaraq, diqqət çəkən bir təklif irəli sürüb:
“Bütün ABŞ personalı və yerdə qalan nüvə başlıqlarının İncirlik hərbi bazasından çıxarılması və onların yerləşdirilməsi üçün yeni bir yer tapılmasının zamanı gəlib. Türkiyə ilə kəşfiyyat məlumatlarının mübadiləsinin, F-35-lər də daxil olmaqla, hərbi texnologiyaların paylaşımının kəsilməsi ABŞ-ın milli təhlükəsizliyi üçün zəruridir”.
Rubin məqaləsini Türkiyə ilə bağlı bu ifadələrlə bitirib:
“Tarixçilər Türkiyəni kimin uduzduğunu müzakirə edə bilərlər, ancaq açıq və qəti olan bir şey varsa, o da Türkiyənin artıq dost və müttəfiq ölkə olmamasıdır. Bunun əvəzində Türkiyə bir rəqibə və potensial düşmənə çevrilib”.Axar.az
Bu xəbər üçün şərh yazın