Türkiyə iqtisadiyyatı yeni rekordlar vurdu

Türkiyə iqtisadiyyatı yeni rekordlar vurdu 

Sentyabr ayında ixracımız 22.6 faiz artımla 14.5 milyard dollara çatıb. Bu, tariximizin sentybar ayı üçün ən yüksək ixrac göstəricisidir.

Bu sözləri Türkiyənin İqtisadiyyat naziri Ruhsar Pekcan deyib.

Nazirin sözlərinə görə, Türkiyənin illik ixrac göstəriciləri də 165.1 milyard dollarla rekord həddə çatıb.

“Sentyabr ayında idxalımız 18.1 faiz azalmaqla 16.4 milyard dollar səviyyəsinə enib. Bununla da ixracın idxalı qarşılama nisbəti 88.4 faizə bərabər olub. Bu isə öz növbəsində son 9 ilin ən yüksək göstəricisidir”, - nazir bildirib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər