Türkiyə İsraillə diplomatik əlaqələrini kəsə bilər-Ərdoğan

Türkiyə İsraillə diplomatik əlaqələrini kəsə bilər-Ərdoğan 

Qüds müsəlmanlar üçün qırmızı xətdir.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının qrup toplantısında çıxışı zamanı söyləyib. Onun sözlərinə görə, əgər ABŞ Qüdsü İsrailin paytaxtı kimi tanısa, Türkiyə İsraillə diplomatik əlaqələrini kəsməyə qədər gedəcək.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanıyacağı haqqında informasiya yayılmışdı./Axar.az/

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi