Türkiyə lirəsi ucuzlaşmağa davam edir
Türkiyə Mərkəzi Bankının vaxtından əvvəl uçot dərəcəsini azaldacağı ilə bağlı narahatlıq və beynəlxalq maliyyə bazarlarının təzyiqi ilə lirə qonşu ölkədə dollar ucuzlaşmağa davam edir.
Bu barədə türk mətbuatına istinadən xəbər verir.
Məlumata görə, ötən gün banklararası valyuta bazarında USD/TRY nisbəti 5,46-ya yüksəlib və günün sonunda 5,39-a düşüb. Bu gün səhər saatlarından isə lirə yenidən dəyər itirib və hazırda Türkiyədə 1 dollar 5,43 lirəyə bərabərdir.
Qeyd edək ki, Amerika valyutası dekabrın 3-də açıqlanmış inflyasiya məlumatlarından sonra bahalaşmağa başlayıb. Bu gün açıqlanacaq “2019-cu il Pul və Məzənnə Siyasəti”ni də bazar iştirakçıları maraqla gözləyir.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın