Türkiyə milli istehsalı olan ballistik raketi sınaqdan keçirdi- İlk olaraq
Türkiyə ölkənin şimalındakı Sinop şəhəri yaxınlığında öz istehsalı olan ballistik raketin ilk test sınağını keçirib. Xəbəri «Anadolu» agentliyi yayıb.
Agentliyin məlumatına görə, sınağın gedişində qısa və orta təsir radiuslu raketlərin və «Bozdoğan» uzaq mənzilli raket sınaqdan keçirilib.
Agentliyin qeyd etdiyi kimi, yerüstü qurğudan atılan və hərəkətdə olan hədəflərin vurulması üçün nəzərdə tutulmuş raketin atışı 2018-ci ilin sonuncu rübünə nəzərdə tutulub. Eyni zamanda, cari ilin sonunda raketin təyyarədən atışı da həyata keçiriləcək.
Raketin hazırlanması işlərində Türkiyənin elmi-texniki araşdırmalar Şurasının və Müdafiə sənayesi elmi-tədqiqat İnstitutunun mütəxəssisləri iştirak ediblər.
İlk olaraq, Türkiyədə ballistik raketlər müdafiə sənayesi məhsullarının İstanbulda keçirilən 13-cü Beynəlxalq sərgisində nümayiş etdirilib./Azpolitika.info/
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın