Türkiyə Qubad İbadoğlunun təklifinə müsbət cavab verib- Eynisini edəcəyik
Türkiyə rəsmiləri azərbaycanlı iqtisadçı Qubad İbadoğlunun ölkəni iqtisadi böhrandan çıxarmaq üçün hazırladığı təklifləri bəyənib.
Faktinfo.az xəbər verir ki, bu barədə iqtisadçı özü məlumat yayıb.
Onun sözlərinə görə, Türkiyə rəsmiləri iqtisadçı ilə əlaqə yaradaraq təklifini bəyəndiklərini və eynisini edəcəklərini bildiriblər.
Q.İbadoğlu Türkiyə rəsmilərinə təqdim etdiyi təklifləri 10 blokda belə sıralayıb.
1) Pul təklifinin tənzimlənməsi;
2) Faiz dərəcələrinin tənzimlənməsi;
3) Açıq bazar əməliyyatları üzrə alətlərdən istifadə olunması;
4) Vəsaitlərin cəlb olunması üzrə sterilizasiya xarakterli REPO və SVOP əməliyyatları üzrə tənzimlənmə;
5) Banklararası pul bazarında faiz dərəcələrinə təsir etmək məqsədilə sterilizasiya xarakterli əməliyyatlar;
6) Hərraclar vasitəsilə yenidənmaliyyələşdirmə kreditləri ilə tənzimləmə;
7) Valyutalar üzrə depozit faizlərinin diversifikasiyası üzrə əməliyyatlar;
8) Xarici valyutada öhdəliklər, eləcə də qeyri-rezident maliyyə sektorundan cəlb edilmiş vəsaitlər üzrə məcburi ehtiyat normaları üzrə əməliyyatlar;
9) Valyuta möhtəkirliyi, xaricə kapital axını və süni qiymət artımına qarşı əməliyyatlar;
10) Mərkəzi Banka müstəqilliyin verilməsini, bazar iqtisadiyyatına sadiqliyi və islahatların davamlılığını əks etdirən siyasi iradənin nümayiş etdirilməsi.
Bu xəbər üçün şərh yazın