Türkiyə "S-400"-ə alternativ olan HHM sistemini sınaqdan keçirib
Türkiyə xarici" S-400" və “Patriot” sistemlərinə alternativ olaraq inkişaf etdirilən Hava Hücumundan Müdafiə sistemini uğurla sınaqdan keçirib.
Bu barədə Türkiyənin Müdafiə Sənayesi Departamentinin rəhbəri İsmayıl Dəmir məlumat verib.
“Siper” hava hücumundan müdafiə sistemimizin növbəti sınaqlarını uğurla başa vuran gənc mühəndislərimizin sevincinə şərikik. Əla və korporativ işdir. Gələcəyimizi sizinlə birlikdə quracağıq”, - deyə dövlət rəsmisi bildirib. (Mənbə: Lenta.ru)
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın