“Türkiyə S-400 komplekslərini vaxtında alacaq”

“Türkiyə S-400 komplekslərini vaxtında alacaq” – Rusiya Baş nazirinin müavini

“Türkiyə ABŞ-ın təhdidlərinə baxmayaraq, Rusiyanın S-400 tipli “Triumf” zenit-raket sistemlərini almaqdan imtina etmir, Rusiya isə müqavilə şərtlərini vaxtında – 2019-cu ildə yerinə yetirəcək”.

 TASS xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Baş nazirinin müavini Yuri Borisov bildirib.

“Hesab edirəm ki, növbəti on ildə “Almaz-Antey”in (S-400 sistemlərini istehsal edir) yüklənmə ilə bağlı problemi olmayacaq. Təkcə ənənəvi tərəfdaşlarımız yox, həm də NATO ölkələri, məsələn, ABŞ-ın bütün təhdidlərinə baxmayaraq, Türkiyə bu müqavilədən imtina etmir. Rəsmi Ankara müqavilədə göstərilən vaxtda – 2019-cu ildə nəzərdə tutulan bütün texnikanı əldə edəcək”, – Y.Borisov deyib.

Qeyd edək ki, daha əvvəl ABŞ Dövlət Departamentindən Rusiyadan S-400 kompleksi alan istənilən ölkəyə qarşı sanksiyalar tətbiq ediləcəyi bildirilib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər