Türkiyə tez bir zamanda... - Jirinovski
Türkiyə tez bir zamanda Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv qəbul edilməlidir.
Bu sözləri Rusiya Liberal Demokrat Partiyasının (RLDP) lideri Vladimir Jirinovski səsləndirib.
“ŞƏT-ə yeni üzvlərin qəbul edilməsi ilə bağlı işləri sürətləndirmək lazımdır. Bu mənada təşkilata üzv olmaq istəyən Türkiyə, Əfqanıstan və İranın da sayəsində ŞƏT-i genişləndirmək lazımdır”, - partiya lideri bildirib.
Jirinovski onu da əlavə edib ki, terrorizmlə mübarizədə ŞƏT Əfqanıstana öz qüvvələrini yerləşdirə bilər.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın