Türkiyədə 700 minə yaxın gənc əsgərlik üçün müraciət etdi
Türkiyədə bu günə qədər 672 min 306 çağırışçı ödənişli hərbi xidmətlə bağlı aidiyyəti qaydada müraciət edib.
Bu barədə Türkiyənin Müdafiə naziri Hülusi Akar məlumat verib. Onun sözlərinə görə, ödənişli əsgərliklə bağlı şəxsi işlərini təqdim edənlərin sayı 377 min 410 nəfərdir.
Yunanıstan hərbi gəmilərinin Aralıq dənizinin şərqində kəşfiyyat-qazma işləri aparan Türkiyəyə məxsus gəminin fəaliyyətinə müdaxiləsi məsələsinə toxunan nazir bildirib ki, Türkiyə beynəlxalq hüquqla müəyyən olunan sərhədləri daxilində gördüyü işlərə kənar müdaxilələrin davam etməsinə imkan verməyəcək.
Müdafiə naziri Suriyanın İdlib bölgəsindəki vəziyyəti şərh edərkən deyib ki, hazırda ağır silahların və radikal dəstələrin əsas hissəsi bu bölgədən çəkilib. Türkiyə öz təhlükəsizliyi naminə bölgədə terror dəhlizinin yaranmasına imkan verməyəcək.Axar.az
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın