Türkiyədə ABŞ səfirliyinin yerləşdiyi küçənin adı dəyişdiriləcək

Türkiyədə ABŞ səfirliyinin yerləşdiyi küçənin adı dəyişdiriləcək 

Türkiyə paytaxtı Ankarada ABŞ səfirliyinin yerləşdiyi Nevzat Tandoğan küçəsinin adı “Zeytun budağı” olaraq dəyişdiriləcək.

 Ankara Böyükşəhər Bələdiyyəsinin sədri Mustafa Tuna tərəfindən irəli sürülən təklif bu axşam Bələdiyyə Şurasında müzakirəyə çıxarılacaq.

Məlumata görə, müzakirədən dərhal sonra küçə adının qeyd edildiyi lövhə dəyişdiriləcək.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi