Türkiyədə “Andrey Karlov müəmması” çözülür –Ruslar qatilin kompüterindən silinən faylları geri qaytardı
Rusiyanın Ankaradakı keçmiş səfiri Andrey Karlovun ölümünə dair yeni məlumat yayılıb.
"Sputnik Türkiyə" xəbər verir ki, səfirin öldürülməsi işini Türkiyə hüquq-mühafizə orqanları ilə birgə araşdıran rus istintaq qrupu, Karlovu qətlə yetirən Mevlüt Mert Altıntaşın kompüterindən silinən faylları geri qaytarıb.
Ruslar öncə Altıntaşın kompüterindəki hard diski türk heyətdən istəyiblər. Daha sonra həmin diski Rusiyada adı gizli saxlanılan proqramçıya göndəriblər. Nəticədə kompüterdən silinən bütün fayllar geri qaytarılıb.
Məlum olub ki, kompüterin yaddaşından Fətullah Gülən camaatından bəhs edən 690 ədəd fayl silinib. Rusiyalı heyət silinən faylların içərisində "İŞİD" və "əl-Qaidə" ilə bağlı hər hansı sənədə rast gəlinmədiyini açıqlayıb.
Xatırladaq ki, rəsmi Ankara hadisənin baş verdiyi 19 dekabr 2016-cı il tarixdən indiyədək, qətli FETÖ terror təşkilatının sifariş verdiyini dəfələrlə bəyan etmişdi.
Faktinfo.az
Bu xəbər üçün şərh yazın