Türkiyədə dollar ucuzlaşır

Türkiyədə dollar ucuzlaşır 

Türkiyədə bir müddət öncə ABŞ sanksiyaları ilə 7 lirəyə yaxınlaşan dolların kursunda enmə bu gün daha ciddi müşahidə edilib.

Axşama doğru dollar daha 1,6 faiz ucuzlaşaraq, 5,42 lirəyə düşüb.

Avronun kursunda ucuzlaşma isə 1,9 faiz özünü göstərib. hazırda 1 avro qardaş ölkədə 6,18 lirədir.

Qeyd edək ki, bu gün ABŞ keşiş Branson olayına görə Türkiyənin 2 naiziri - Daxili İşlər naziri Süleyman Soylu və Ədliyyə naziri Əbdülhəmid Gülə tətbiq etdiyi sanksiyaları ləğv edib. Siyasi mahiyyət kəsb edən bu sanksiyaların özünü dərhal birjalarda göstərdiyi bildirilir. Belə ki, artıq ABŞ-Türkiyə münasibətlərində gərginliyin arxada qalması bazarlara psixoloji təsirlərini göstərməkdədir.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər