Türkiyədə edam cəzası bərpa edilə bilər.
Bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. O bildirib ki, edam cəzasının qəbul etməməsinə görə peşmandır:
"Biz səhv etdik, edamı qaldırdıq. 2015-ci ildə 15 iyul gecəsində 251 vətəndaşımız terrorçuların qurbanı oldu. Bu hadisəni törədənləri ömürlük də olsa həbsxanada bəsləmək belə mənə ağır gəlir. Parlamentimiz bu barədə qərar qəbul edərsə, bunu təsdiqləyəcəyəm. Yeni Zelandiya Parlamenti də edam cəzasını qəbul etməlidir. Xüsusən 50 müsəlanın ölümünə səbəb olan terorçunu da Yeni Zelandiya Hökuməti edam etməlidir. Bunu Yeni Zelandiya hökuməti ilə müzakirə edəcəyəm. Bunu etmək lazımdır".//Yeni Sabah.az
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın