Türkiyənin iki nazirinə sanksiya tətbiq edildi - ABŞ-dan şok qərar
ABŞ Türkiyənin Ədliyyə və Daxili İşlər nazirlərinə sanksiya tətbiq edib.
Sputnik-in Türkiyə bölməsinin məlumatına görə, bu barədə Ağ Evin sözçüsü Sara Sanders məlumat verib.
Sanksiyalara səbəb kimi amerikalı rahib Endryu Bransonun həbsi göstərilib.
Sanksiyaya əsasən, sözügedən nazirlərin ABŞ-la əlaqələri məhdudlaşdırılır. Onların bir sıra ölkələrə, o cümlədən ABŞ-a girişi qadağan edilir. Həmçinin nazirlərin ABŞ-da hər hansı mülkləri varsa, onlar da hökumət tərəfindən müsadirə edilir.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın