TÜRKİYƏNİN MESAJI, “TAYFUN” RAKETİNİN SINAĞINDAKI 561-in SİRRİ

TÜRKİYƏNİN MESAJI, “TAYFUN” RAKETİNİN SINAĞINDAKI 561-in SİRRİ -"Pazar" şəhərinin yunanca "Afina" kimi tərcüməsi...

Xəbər verildiyi kimi, bir neçə gün öncə Türkiyənin "ROKETSAN" şirkətinin istehsalı olan "Tayfun" raketinin sınaq atışları həyata keçirilib.

Sözügedən raket atıldığı gündən bu hadisə yunan mətbuatında böyük rezonansa səbəb olub.

Faktinfo.az AzPolitika.info-ya istinadla xəbər verir ki,bu barədə  xarici KİV-lər Türkiyənin “Tayfun” raketinin sınaq atışları altında Yunanıstana bir sıra gizli mesajlar verdiyini yazıb.Xəbərdə qeyd olunur ki, ilk diqqət çəkən məqam Trabzon İmperatorluğunun süqutuyla bağlıdır. Belə ki, 7-ci Osmanlı Sultanı Fatih Mehmet 1461-ci ildə o dönəm yunan imperatorluğu kimi tanınan Trabzonu fəth edərək, Osmanlının torpaqlarına qatmışdı. Burada diqqət çəkən məqam 1461-ci illə bağlıdır. Hazırda içində olduğumuz il 2022-ci ildir. İki il arasındakı fərq 561-dir. Sınaq atışlarında isə “Tayfun” raketi məhz 561 kilometr uzaqlıqdakı hədəfləri uğurla vurub. Eyni zamanda İstanbulla Afina arasındakı məsafə də 561 kilometrdir. Həmçinin "Tayfun" raketi Rizənin Pazar rayonundan atılıb. Pazar şəhəri isə yunanca "Afina" kimi tərcümə olunur. 

Bu mesajlardan sonra beynəlxalq KİV-lərdə "Türkiyədən Yunanıstana növbəti xəbərdarlıq" kimi manşetlər atılıb.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər