Türkiyənin yeni nəsil qanadlı raketi "Çakır" bu ilin sonunda buraxılacaq
Türkiyənin yeni nəsil qanadlı raketi "Çakır" bu ilin sonunda buraxılacaq.
Report.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu "ROKETSAN"ın baş direktoru Murat İkinci deyib.
O, bildirib ki, ROKETSAN-ın şüarı dənizin dibindən kosmosun dərinliklərinə qədər müdafiə üçün lazım olan bütün texnologiyaları inkişaf etdirə biləcək infrastruktur yaratmaqdır.
Murat İkinci Türkiyənin kosmosa müstəqil çıxışını təmin etdiyini vurğulayıb:
"Bunun üçün çox ciddi infrastruktur yaradılıb. Biz 2020-ci ildə Kosmik Sistemlər və Qabaqcıl Texnologiyalar Mərkəzini açdıq. Buradakı məhsullarla ölkə kosmos yarışında ön plana çıxır".
Baş direktor əlavə edib ki, növbəti hədəf kosmosa peyk daşıyacaq platformaları həyata keçirməkdir.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın