Ucar rayon Suvarma Sistemləri İdarəsindən şikayət:

Ucar rayon Suvarma Sistemləri İdarəsindən şikayət: Yarıtmaz fəaliyyəti nəticəsində əhali arasında ciddi narazılıq yaranmış...-İTTİHAM

Şikayətçi şəxslər olaraq bildiririk ki,Ucar rayon Suvarma Sistemləri İdarəsinin müdiri Müşfiq Məmmədovun yarıtmaz fəaliyyəti nəticəsində əhali arasında ciddi narazılıq yaranmış,yarıtmaz əməllərinə görə dövlətə küllü miqdarda ziyan dəymişdir.

Bu fikirlər Faktinfo.az saytına göndərilən şikayət məktubundandır.Şikayəti müəyyən ixtisarla təqdim edirik:

Ucar rayon İcra Hkaimiyyəti başçısı Mənsur Məmmədovun qardaşı olan Müşfiq Məmmədov özünə o qədər arxayındır ki, həftədə bir dəfə işə gəlib yığılan pulları götürüb Bakı şəhərinə qayıdır.Bu vəzifəyə təyin olunana qədər Bakı şəhərində mağaza işlədən Müşfiq Məmmədov icra başçısı olan qardaşının sayəsində Ucar rayon Suvarma Sistemləri İdarəsinin müdiri vəzifəsinə təyin edilmişdir.

İdarəyə məxsus bütün texnikalar şəxsi işlərə cəlb edilib,buradan gələn gəlirin 90 faizi müdirə verilir.Dövlət tərəfindən ayrılmış yanacaq  satılaraq talan edilir.Həttda illərlə sürülməyən nasaz vəziyyətdə idarənin həyətində yatıb qalmış texnikalara yanacaq fakturası yazılır.Rayon ərazisində suvarma kanallarını kol-kos basıb, qamış və lil olsada  təmizlənməsinə dair qanunsuz sənədləşmə aparıb dövlətin vəsaitini talan edirlər.

Rayon ərazisində su qıtlığı yaşansada hektarı üçün Müşfiq Məmmədova pul ödəməklə yüzlərlə hektar çəltik sahələri əkilmişdir. Müşfiq Məmmədovun yarıtmaz idarəçiliyinə görə rayonun su təminatı yerinə yetirilmir.Su nasoslarının təmiri üçün 1 və ya 2 min manat xərcləndiyi halda sənədlərdə həmin məbləğ yüksək göstərilir. Həmçinin idarəyə məxsus texnikaların təmirini sürücülər öz hesabına etsələrdə Müşfiq Məmmədov buna dair sənədləşmə aparıb həmin məbləği öz şəxsi hesabına keçirir.

Umarov Şəmsəddin İslam oğlu,Küçəkən kəndi

Əliyev Sahib Məsim oğlu,Qazyan kəndi. Əlaqə telefonu: 050 476-67-22

Məmmədov Vüqar Bahadur oğlu Qazyan kəndi

Nəbiyev Kamal Qsım oğlu Qazyan kəndi 

Rüstəmov Əli Umudvar oğlu Qazyan kəndi 

Əlifova Səmayə Güloğlan qızı Lək kəndi 

Osmanova Tahirə  Nağı qızı Lək kəndi

Qeyd edək ki,Faktinfo.az saytı tərəfindən qarşı tərəfin mövqeyini öyrənmək məqsədilə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-yə,Ucar rayon İcra Hakimiyyətinə,Ucar Suvarma Sistemləri İdarəsinə müraciət olunub,sorğuya cavab alınmayıb.

 Faktinfo.az

Ucar rayon Suvarma Sistemləri İdarəsindən şikayət:
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi