Ucar sakini ölkə prezidentinə müraciət etdi-

Ucar sakini ölkə prezidentinə müraciət etdi- İmkan verməyin, ailəmi ac saxlasınlar

Əsassız olaraq işdən çıxarıldığını iddia edən Ucar rayonu, Gəraybəyli kənd sakini Nuriyev Temur Əli oğlu işinə bərpa olunmaq iddiası ilə məhkçməyə üz tutub, lakin məhkəmə onun iddiasını təmin etməyib.

Məhkəmyə ümidini itirmiş vətəndaş kömək məqsədilə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya   müraciət ünvanlayıb.Surəti Faktinfo.az-a da göndərilən müraciəti qısa ixtisarla təqdim edirik: 

«Mən, məbuat vasitəsilə Preident İlham Əliyevə və birinci vitse-prezident Mehriban xanım Əliyevaya müraciət edirəm. Məni qanunsuz olaraq işdən çıxarmaqla, ailəmi və 2 azyaşlı uşaqlarımı acından ölməyə məhkum ediblər. Bu ədaətsizliyi Allah da götürməz!

Mən, 10.09.1980-ci il tarixində Ucar rayonunda doğulmuşam. 20.05.2011-ci il tarixində Ucar Dövlət Yanğından Mühafizə Hissəsinə yanğınsöndürən işinə qəbul olunmuşam. Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən verilmiş 29 yanvar 2018-ci il tarixli əmrlə əsassız olaraq, işimdən azad edilmişəm. Əmrin surətini mənə təqdim etməsələr də şifahi məlumat veriblər ki, guya dəfələrlə barəmdə tənbeh tədbirləri görülməsinə baxmayaraq, lazımi nəticə çıxartmadığıma və əmək funksiyalarımı yerinə yetirmədiyimə görə, işdən azad edilmişəm. Qanuni əsas kimi Əmək Məcəlləsinin 70-ci maddəsinin «Ç» bəndinə istina ediblər – guya mən, iş vaxtı sərxoş olmuşam. Ancaq məhkəmə tərəfindən sorğu yolu ilə alınmış sənədlə sübut olunur ki, göstərilən tarixdə (06 noyabr 2017-ci il) spirtli içki qəbul etməmişəm və sərxoş olmamışam.

Mən, qanunsuz əmrin ləğv edilməsi, işimə bərpa olunmaq və məcburi proqul dövrü üçün əmək haqqımın ödənilməsi iddiası ilə Şəki İnzibati-İqtisad Məhkəməsinə müraciət etmişəm…»

Vətəndaş daha sonra yazır: «İddam üzrə məhkəmə tərəfindən sorğu yolu ilə alınmış sənəddə deyilir: «Ucar rayon Mərkəzi Xəstəxanasının 30.11.2018-ci il tarixli, 1595 saylı məktubunda qeyd olunub ki, Nuriyev Teymur Əli oğlu 06.11.2017-ci il tarixində, saat 09:45-də sərxoşluq vəziyyətinin tibbi müayinəsi üçün müraciət edib. Müayinə «alkotest»lə aparılıb və onda sərxoşluq vəziyyəti aşkar olunmayıb…»
Konkret və mötəbər sübutlara baxmayaraq, Şəki İnzibati-İqlisad Məhkəməsinin hakimi Kənan Vəliyev iddia ərizəmin təmin olunmaması barədə 07 dekabr 2018-ci il tarixində 2-1(84)-1286/2018 saylı qərarı qəbul edib.

Həmin qərardan verdiyim apellyasiya şikayətinə 13 fevral 2019-cu il tarixində Şəki Apellyasiya Məhkəməsinin hakimi Gündüz Abbasov baxacaq. Çox narahaitam ki, Gündüz Abbasov da hakim Kənan Vəliyev kimi ədalətli qərar çıxartmaqdan çəkinəcək. Çünki hakim Kənar Vəziyev mənə açıq-aşkar deyib ki, sən haşlısan, ancaq mən Fövqəladə Hallar Nairliyinə qarşı qərar çıxarda bilmərəm – işimi itirməkdən qorxuram…
Bu qərar ailəmin, iki azyaşlı övladımın acından ölməsi üçün verilib. Çünki işimə bərpa oluna bilməməyim acından ölməyimizə gətirib çıxara bilər…

Mən, mətbuat vasitəsilə cənab Prezident İlham Əliyevə və Mehriban xanım Əliyevaya müraciət edərək, azyaşlı uşaqlarımın açından məhv olmasının qarşısını almaq üçün apellyasiya məhkəməsində ədalətin təmin olunmasına və mənim öz işimə bərpa olunmağına köməklik göstərmələrini xahiş edirəm».

Şikayətlə bağlı  Ucar Dövlət Yanğından Mühafizə Hissəsinin də mövqeyini işqlandırmağa hazırıq.


23
4


Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər