"Ukrayna 1991-ci il sərhədlərini bərpa edəcək" -Ukrayna MN
“Krımı güc və diplomatiya yolu ilə azad edəcəyik”.
Report.az UNIAN-a istinadən xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov deyib.
O bildirib ki, güc tətbiq etmədən Krımı azad etmək mümkün deyil: “Bizim bölmələrimiz əllərində silahla ora gedəcəklər”.
K.Budanovun sözlərinə görə, Ukrayna 1991-ci il sərhədlərini bərpa edəcək.
Qeyd edək ki, Rusiya 2014-cü ildə Krımı işğal edib.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın