Ukrayna əks-hücuma başladı, silah-sursatı limitsizdir - Priqojin
Ukrayna Baxmut istiqamətində böyük əks-hücuma başlayıb.
Bu sözləri “Vaqner” muzdlu hərbi şirkətin rəhbəri Yevgeni Priqojin deyib.
O bildirib ki, Ukrayna tərəfinin canlı qüvvəsi və silah-sursatı limitsizdir:
“Mərmi çatışmazlığı dəhşətlidir. Ukrayna əks-hücuma başlayıb, canlı qüvvə və mərmi onlarda limitsizdir. Rusiya Müdafiə Nazirliyi isə artilleriya sursatını bizə vermir. Bizdə bir neçə günlük ehtiyat var, indiyədək hərbi məmurlardan heç bir reaksiya yoxdur. Onlar “Vaqner”in suallarına məhəl qoymur”.
O bildirib ki, silah çatışmazlığına görə Ukraynanın hücumu başlayandan gün ərzində 116 vaqnerçi ölüb.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın