“Ukrayna Moskvanı raketlə vuracaq” - Yenilənmiş “Neptun” raketləri buna imkan verir
Ukrayna “Moskva” kreyserini vurduğu raketi təkmilləşdirib və bu raketlərlə artıq Rusiyanın dərinliklərini, o cümlədən Moskvadakı hədəfləri vurmaq olar.
AzPolitika.info xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyindəki mənbələrə istinad edən “The War Zone” nəşri yazıb.
Xəbərdə deyilir ki, Ukrayna öz istehsalı olan və hərbi dəniz qüvvələrinin istifadə etdiyi “Neptun” raketlərini “yer-yer” tipli raketə çevirə bilib.
Müdafiə Nazirliyindəki mənbə qeyd edib ki, avqustun 23-də Krımda yerləşən Rusiyaya aid “S-400” kompleksi də məhz yenilənmiş “Neptun”la vurularaq, məhv edilib: “Nazirlikdəki mənbə qeyd etdi ki, “Neptun” vasitəsilə Moskvanı və Rusiyanın dərinliklərindəkli obyektləri vurmaq planları var”.
Xatırladaq ki, Qərb koalisiyası Ukraynaya uzaq məsafəli raketlər versə də, onlarla Rusiya ərazisini vurmağı qadağan edib. Ukraynanın öz istehsalı olan raketlərlə işğalçı dövlətdəki istədiyi legitim hərbi hədəfi vurmasına isə heç bir qadağa qoyula bilməz...
Bu xəbər üçün şərh yazın