Ukrayna ordusu artıq Dneprin sol sahilindədir - General
Qeyri-rəsmi mənbələrdən alınan məlumatlara əsasən, Ukrayna ordusu bir neçə ərazidə Dnepri uğurla keçib və Xerson vilayətində çayın sol sahilində bir sıra pladstarmı ələ keçirə bilib.
Bunu Ukrayna Baş Qərargah rəisinin keçmiş müavini, general-leytenant İqor Romanenko deyib.
“Əslində bu, hücumun növbəti addımıdır. Bu problemlərin həllində Xerson istiqaməti perspektivli idi və məhz bizim üçün çox vacib olduğuna görə Rusiya Kaxovka bəndini partlatdı. Buna görə də bir müddət cəbhənin bu sektorunda hücum mümkün deyildi. İndi şərtlər dəyişib. Yayın son ayında torpaq quruyub. Və bu təbii amillər hücum xarakterli məsələlərin həllinə kömək edir. Strateji olmasa da, operativ baxımdan bu istiqamət maraqlıdır”, - general bildirib./Axar.az
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın