Ukrayna ordusunun 5 əsgəri öldürüldü, 7 yaralı var –Luqanskda döyüşlər qızışdı, Poroşenko xalqdan üzr istədi

Ukrayna ordusunun 5 əsgəri öldürüldü, 7 yaralı var –Luqanskda döyüşlər qızışdı, Poroşenko xalqdan üzr istədi 

Ukraynanın şərqində Rusiya tərəfindən dəstəklənən separatçı qüvvələrlə döyüşdə 5 Ukrayna əsgəri öldürülüb, daha 7 hərbçi yaralanıb.

Ukraynanın Müdafiə Nazirliyi avqustun 23-də bildirib ki, bu, son aylarda ordunun verdiyi ən böyük itki olub.

Ukrayna rəsmiləri bildiriblər ki, dörd əsgər şərqi Luqansk rayonunda separatçılarla beş saat davam edən ağır döyüşdə həlak olub. Bu məntəqədə separatçılar hökumət qoşunlarını qumbaraatanlardan atəşə tutmuşdular. Lakin separatçılar bildirirlər ki, onların üzərinə əvvəlcə hökumət qoşunları hücum çəkib və onlar hücumu dəf ediblər.

Ukrayna Müdafiə Nazirliyinin sözçüsü Dmytro Gutsulyaka istinadən xəbər verir ki, beşinci əsgər münaqişə bölgəsinin başqa məntəqəsində həlak olub.

Avqustun 23-də Ukrayna prezidenti Petro Poroşenko deyib ki, hökumət qoşunları iriçaplı silahlardan atəşə tutulub.

Poroşenko habelə Luqansk və Donetsk regionlarında münaqişəyə tezliklə son qoyacağına dair 2014-ci ildə verdiyi vədə hələ də əməl edə bilmədiyinə görə Ukrayna xalqından üzrxahlıq edib:

“Adamlar bunu müharibəni tez bir zamanda bitirmək imkanı kimi qəbul etmişdilər. Mən şişirdilmiş gözləntilər yaratdığıma görə üzr istəyirəm. Mən sizə həqiqətə çevrilməyən ümidlər verdiyimə görə səmimi-qəlbdən üzr istəyirəm”.

Birləşmiş Ştyatlar və Avropa İttifaqı Ukraynanın şərqindəki separatçılara hərbi texnika və canlı qüvvə ilə dəstək verdiyinə, habelə Krım yarımadasını qanunsuz ilhaq etdiyinə görə Moskvanın üzərinə ağır sanksiyalar qoyub.

Moskva bir çox başqa məsələlərdə olduğu kimi separatçılara dəstək verdiyini də israrla danır.

(Azadliq radiosu)

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər