Ukrayna PUA-sı Rusiya ərazisindəki qülləni vurdu
Rusiyanın Belqorod vilayətində kamikadze PUA-sı su qülləsinə hücum edib.
Axar.az xəbər verir ki, bu barədə Rusiyanın "Baza" Teleqram kanalının məlumatında bildirilib.
Hücum ötən gün axşam saatlarında baş verib.
Məlumata görə, pilotsuz uçuş aparatı Ukraynaya məxsus olub. PUA Ukraynanın Sum rayonunun Popovka kəndindən buraxılıb.
“Hücum nəticəsində qüllə zədələnib”, - kanalın məlumatında qeyd olunub.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın