Ukraynanın hərbi əks-kəşfiyyatı Kursk aerodromuna hücum edib
Ötən gecə Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) əks-kəşfiyyatı kamikadze dronları vasitəsilə Rusiyanın Kursk aerodromundakı hərbi təyyarələrə hücum edib.
Report.az xəbər verir ki, bu barədə Ukraynanın “Censor.NET” nəşri öz mənbələrinə istinadən məlumat yayıb.
Bildirilib ki, 16 kamikadze dronu 4 ədəd Su-30 və 1 ədəd MİQ-29-un üzərində işləyib. Həmçinin vurulan hədəflər arasında S-300 kompleksinin radarları və iki “Pantsir” olub.
Demək olar ki, bütün UTX dronları hədəflərinə çatıb. Onlardan yalnız 3-ü Rusiyanın hava hücumundan müdafiəsi tərəfindən vurulub. Rusiyalılar özləri 13 partlayış qeydə alıblar.
Məlumata görə, hücumu UTX-nin 13-cü Baş İdarəsinin hərbi əks-kəşfiyyatçıları təşkil edib.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın