Ukraynanın müdafiə büdcəsi 2024-cü ildə 40 milyard dolları keçəcək
Ukraynanın gələn il müdafiə xərclərinin 40 milyard ABŞ dollarını keçməsi planlaşdırılır.
AzPolitika.info UNİAN-a istinadla xəbər verir ki, bu barədə Ukraynanın baş naziri Denis Şmıqal bildirib.
2024-cü ilin dövlət büdcəsi layihəsində təhlükəsizlik və müdafiə sektoru üçün xərclər 1,542 trilyon qrivna səviyyəsində nəzərdə tutulub.
Baş nazirin hökumətin iclasında dediyinə görə, büdcənin gəlir hissəsi 1,56 trilyon qrivna, xərc hissəsi isə 3,108 trilyon qrivnadır.
“Bunun təxminən 55%-i dövlət istiqrazları vasitəsilə topladığımız vəsait və tərəfdaşlarımızın köməyidir.Bu il tərəfdaşlarımızdan 42 milyard dollar cəlb etməyi planlaşdırırıq, gələn il isə bu məbləğ oxşar olacaq - planımız tərəfdaşlarımızdan daha 42 milyard dollar cəlb etməkdir”, - Şmıqal bildirib.
Baş nazir deyib: "Hazırda büdcə (2024-cü il üçün - UNIAN) müharibənin 12 ay davam edəcəyinə əsaslanaraq formalaşdırılıb. Müvafiq olaraq, təhlükəsizlik və müdafiə büdcəsini artırmaq zərurəti yaranarsa, biz onu artıracağıq. Bu, şübhəsiz, prioritetdir. gələn il biz mənbələr axtaracağıq, artıq bunu necə edəcəyimizə dair anlayışa sahibik”.
Bu xəbər üçün şərh yazın