UQLEDAR YAXINLIĞINDA DARMADAĞIN – Rus kolonu dəqiq artilleriya atəşi ilə məhv edilib -VİDEO
Ukrayna Silahlı Qüvvələri artilleriya və dronlar vasitəsi ilə Donetskin Uqledar şəhəri yaxınlığında Rusiya ordusunun böyük hərbi kolonunu darmadağın edib.
Sosial şəbəkələrdə yayılan videogörüntülərdə onlarla tank və zirheli transportyorun qısa müddətdə məhv edildiyi görünür.
AzPolitika.info xəbər verir ki, qondarma “Dontesk xalq respublikasının” keçmiş müdafiə naziri İqor Qirkin “Teleqram” hesabında bu uğursuzluğun səbəblərini açıqlayıb: “Uqledar yaxınlığındakı məğlubiyyət artıq hamıya məlumdur. Ukrayna tərəfindən sosial şəbəkələrdə bunu təsdiq edən bir çox video yerləşdirilib. Deyəsən, bizim generallar ötən ilin bütün ağır hadisələrini görməzdən gəlirlər.
Onların bəziləri əsl yaramazdırlar, çünki əvvəlki səhvləri yenidən təkrarladılar. Ətrafı minalanmış, ideal şəkildə hamar sahədə, kiçik meşə sahəsi boyunca dar yolda tanklar və zirehli maşınların havadan qorunmadan irəliləməsi ciddi uğursuzluqla başa çatdı. Hərbi avadanlığın bir hissəsi Uqledar şəhərindəki hündür binaların üzərindən atılan ATGM raketləri ilə məhv edildi, bir hissəsi isə son dərəcə dəqiq atəş açan düşmən artilleriyası tərəfindən vuruldu”.
Qirkin daha sonra qeyd edib ki, məhv edilən texnikaları markalarına görə ayırmaq istəmir, amma bütövlükdə 30-dan çox zirehli texnika itirilib: “Yalnız tankçılar arasında onlarla ölənlər var. Dəniz piyadaları, xüsusi təyinatlılar və atıcı birqadaların isə daha böyük itkiləri var. Ən pisi odur ki, bu itkilər "birtərəfli" qaydada oldu – ukraynalılar sankı onları təlim meydanında öldürdü. Döyüşçülərimiz qarşı tərəfin itki verməsinə nail ola bilmədi. Düşmən yenə də çətinlik çəkmədən ötən ilin yaz-yay aylarında ələ keçirilmiş ərazilərdə öz mövqelərini möhkəmləndirdi”.
Qirkin vurğulayır ki, Rusiya hərbi rəhbərləri adətlərinə uyğun olaraq hərbçiləri düşmənə yaxşı tanış olan ərazilərlə hücuma göndərmişdi. “Hansı ki, biz bu əraizlərdən on dəfələrlə istifadə etmişdik. Hücuma “dnr” -in özünü müdafiə batalyonlarını və könüllüləri göndərib, bu zaman onları nə artilleriya atəşi ilə qoruyublar, nə də minalardan xilas edəcək zirehli texnika ilə təmin ediblər. Beləliklə, iki piyada hücum rotasını əvvəlkilərin taleyi ilə üzləşməyə məcbur etdilər. Ümumiyyətlə, sosial şəbəkələrdə rezonans doğuran bu hadisəni Rusiya ordusunun bütün Donetsk cəbhəsi boyunca hücumunun sonu adlandırmaq mümkündür”, - o qeyd edib.
Bu xəbər üçün şərh yazın