Ürək və damar cərrahı Rauf Yusifovun şəfalı əlləri, hər kəsin ümid çırağıdır

Ürək və damar cərrahı Rauf Yusifovun şəfalı əlləri, hər kəsin ümid çırağıdır 

Hər bir həkimin, tibb bacısının əlləri şəfalı olmaqla bərabər, dili şirin olmalı və insanlara sevgi hissi ilə yanaşmağı da bacarmalıdırlar.

 Sumqayıt Hospitalında çalışan ürək və damar cərrahı Rauf Yusifovu tanıyan pasiyentlərin hər biri çox yaxşı bilirlər ki, bu şəxs özündə hansı müsbət keyfiyyətləri cəmləşdirib. Çünki, bu həkimin şəfalı əlləri olmaqla bərabər, çox böyük ürəyi var və bu ürəyin sahibi olan Rauf həkim, ona üz tutan hər pasiyentə öz əzizi və doğması kimi baxır.

   Ümumiyyətlə, şəfanı verən öncə o, böyük Allahdır. "Əl Fatihə” surəsinin 5-ci ayəsində buyurulub ki, "Yalnız mənə ibadət edin və yalnız məndən kömək istəyin”. Əlbəttə, səhiyyə müəssisinə üz tutan hər kəs öncə şəfanı Ulu Yaradandan istəyir. Hətta, bəzi  həkimlər də deyirlər ki, “Şəfanı əvvəlcə Allahdan, sonra bizdən istəyin. Çünki, Allahın izni olmadan biz heç bir şey edə bilmərik”. Buna baxmayaraq, insanların xəstəliklərlə mübarizə aparmasında, həyata qayıtmalarında hər bir peşəkar həkimin çox böyük rolu olur ki, belə həkimlərdən biri də, Sumqayıt Hospitalında çalışan ürək və damar cərrahı Rauf Yusifovdur.

 Bu şəxsin şəfalı əllərinin sayəsində həyata qayıdan və Qəbələ rayonunun Laza kəndində sadə bir ailədə dünyaya göz açan, 1957-ci il təvəllüdlü Rəşidov Şakir Əsmər oğlu bildirir ki, “Mən 07 iyun 2021-ci il tarixdə Sumqayıt Hospitalına daxil oldum və 08 iyun 2021-ci il tarixdə isə ürəyimdən ağır əməliyyat olundum. Elə ki, əməliyyat olundum və bir qədər vaxt keçdikdən sonra gözlərimi palatada açdım, o halda xeyli təəccübləndim. Çünki, “narkoz”dan sonra özümü tam şəkildə dərk etməmişdim, sanki başımın üstündə dövrə vuran mələkləri görüb təəccüblənirdim. Bir növ hiss edirdim ki, onlar mənim ayılmağım münasibətilə bir-birini təbrik edir, başımı tumarlayırlar. Həqiqətən də onlar mələklər idilər, xəstələri ölümün caynağından qoparıb həyata qaytaran Allahın xoş məramlı mələkləri idilər. Söhbət Sumqayıt Hospitalın ürək cərrahiyyəsi şöbəsində çalışan kollektiv üzvlərindən gedir. Odur ki, başda ürək və damar cərrahı Rauf Yusifova, tibb bacısı Ülviyyə xanım Ağayevaya və dostum Rəhmana dərin təşəkkürümü bildirirəm”.

     Bəli, bu Hospitala üz tutan hər kəs ümid və istəyinin pərişan olduğunu görür, cərrahiyyə əməliyyatlarından, müalicə-müayinələrindən bir müddət sonra ağrı-acılarının azaldığını, sağaldıqlarını bildirirlər. Şakir Rəşidov qeyd edir ki, “Bu gün mən özümü əla hiss edirəm və heç bir yerim ağrımır. Yaşım 64-ə çatsa da, çalışıram ki, məni həyata qaytaran, şəfalı əllər sahibi olan Rauf Yusifovun yanında olum, bu şəxsin məsləhət və tövsiyyələrini eşidim, onun dediklərini yerinə yetirim”. Bütün bunlar onu göstərir ki, bu Hospitala gələn pasiyentlər ilk öncə şəfanı o, böyük Yaradandan istəyirlər, sonra da bu ünvanda şəfa tapırlar. Odur ki, Allah-Təala insanlara şəfa verən həkimləri, o cümlədən ürək və damar cərrahı Rauf Yusifovu qorusun! Məhz, belə həkimlərimizin sayəsində insanların ümid çırağı yanır, hər kəsin sabaha inamı artır, səhiyyəmiz durmadan inkişaf edir və lazımi uğurları əldə etməyimizə imkan yaranır.

LƏTAFƏT ORUCQIZI

FAKTİNFO.AZ

Ürək və damar cərrahı Rauf Yusifovun şəfalı əlləri, hər kəsin ümid çırağıdır
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi