"Uşağına pul verməyən ata dövlətə verəcək?" - Aqiyə Naxçıvanlı
"Mən Aliment Fondunun yaradılmasına qarşıyam”.
Faktinfo.az bildirir ki,bu fikirləri deputat Aqiyə Naxçıvanlı parlamentdə "Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsində bildirib.
"Biz müsəlman dövlətiyik. Bizdə ailə dəyərləri yüksəkdir. Əgər ata öz uşağının pulunu vermirsə, dövlətə pul verəcək?! Biz elə qanun və qaydalar yaradıb atanı məcbur etməliyik ki, uşağının pulunu versin. Alimenti niyə dövlətin boynuna qoymalıyıq?! Uşaqlar üçün nəzərdə tutulan müavinətlərin, eləcə də "süd pulu"nun artırılmasının isə tərəfdarıyam".
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın