Vahid Əhmədov Rüfət Aslanlı haqda – “Normal adam olsaydı…”
Deputat Vahid Əhmədov parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçiriləın iclasında Maliyyə Bazarlarına Nəzarət Palatasının keçmiş Direktorlar Şurasının sədri Rüfət Aslanlını sərt tənqid edib.
İclasda çıxış edən deputat qeyd edib ki, bu yaxınlarda cənab prezidentin sərəncamı ilə Maliyyə Bazarlarına Nəzarət Platasının Direktorlar Şurası ləğv edilib.
“Vaxtında biz bu Palata ilə bağlı məsələləri qaldıranda bəzi deputatlar bizim əleyhimizə çıxış etdilər. Ancaq biz haqlı idik. Bu Palata iki ildir ki fəaliyyət göstərir. Ancaq son 6 ayda fəaliyyətində dirçəlmə baş verdi. Bu da İbrahim Alışovla bağlıdır. Elə vaxt olur ki, həftədə iki -üç dəfə İbrahim müəllimlə danışıram”-deyə Vahid Əhmədov bildirib.
Deputat söyləyib ki, yeni rəhbərliklə müəyyən məsələləri müzakirə edə bilirlər.
“Rəhbərlikdə normal insan olanda danışmaq olur. Yoxsa gedib o birisi, çaxır buraxır. Üstünə adını yazdırır. 65 min manat maaşı da özü alır (Rüfət Aslanlını nəzərdə tutur-red). Bu harda görünüb ki? Normal adam olsaydı, normal işləyərdi”.Modern.az
Bu xəbər üçün şərh yazın