Vaşadzeyə səs verənlər əslində Saakaşviliyə səs verdilər- Burcanadze narahatlığını ifadə etdi
Gürcüstan prezident seçkisinin ikinci turu ciddi problem olacaq.
Belə ki, Vahid Milli Hərəkat Partiyasının namizədinin seçkidə qələbə qazanması Mixail Saakaşvilinin ölkəyə geri dönməsi üçün imkanlar yarada bilər.
Bunu “İzvestiya” qəzetinə açıqlamasında Gürcüstan parlamentinin eks-spikeri Nino Burcanadze deyib.
“Təəssüf ki, mənim bütün bədbin proqnozlarım özünü doğrultdu. Mən dəfələrlə təkrar etmişəm ki, işlər Vahid Milli Hərəkat Partiyası və Mixail Saakaşvilinin mərhələli şəkildə hakimiyyətə qayıtmasına doğru gedir. Vaşadzeyə səs verən insanlar əslində Saakaşviliyə səs verdilər və indi tamamilə aydındır ki, Vahid Milli Hərəkat ikinci turu da qələbə ilə bitirəcək”, – deyə o bildirib.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın