Vergilər Nazirliyi özəl klinikalarda yoxlamalara başladı

Vergilər Nazirliyi özəl klinikalarda yoxlamalara başladı 

Bir neçə gün əvvəl eyni vaxtda onlarla özəl klinikada vergi yoxlamalarının aparılmasına başlanıb.

Faktinfo.az -ın əldə etdiyi məlumata görə, aparılan yoxlamaların gözlənilməz olduğunu görən əksər özəl klinika rəhbərləri qeydiyyatsız çalışan həkimlərə müəyyən müddətə işə çıxmamaları üçün xəbərdarlıq da edib.

https://www.faktinfo.az/news/ozel-klinikalarda-vergi-yoxlamalari-aparilacaq

Qeyd edək ki,bir az əvvəl Vergilər Nazirliyinin özəl klinikalarda  yoxlama aparacağına dair xəbər vermişdik.Səbəb kimi özəl klinikaların müxtəlif bəhanələrlə  vergidən yayınmalarını vurğulamışdıq. Sağlamlıq məqsədi ilə evini, maşınını satan şəxslərin minlərlə olduğunu, buna baxmayaraq özəl klinikaların vergi tutumunun  hələ də qənaətbəxş hesab edilmədiyini yazmışdıq. 

    Özəl klinikaların  yüngül bir tibbi əməliyyata görə xəstədən 3000-5000 manat aldığını,amma pasiyentə  ödədiyi vəsaitə görə  1200-1500 manatlıq qəbz verdiklərini qeyd etmişdik. 

   Bunun  isə, konkret olaraq dövriyyəni gizlətmək, klinikanı gəlir vergisindən yayındırmaq məqsədilə edildiyini, nəticədə  ölkədə fəaliyyətdə olan 90 % özəl klinikanın  bu “üsulu”n  tətbiqində maraqlı olduğuna  dair xəbər vermişdik.

Rizvan Əhmədli 

Faktinfo.az



Birinci məlumatlanmaq üçün facebook səhifəmizi