Vətən sevgisi əqidə yoldaşı olanda...

Vətən sevgisi əqidə yoldaşı olanda... - Azər Kərimov haqqında qısa xatırlatma

İllər ötür, fəsillər bir-birini əvəz edir, uşaqlıq dövrü gənclik ilə əvəzlənir.


İnsan oğlu oxuyur, qabaqcıl təcrübə əsasında təkmilləşir, həyata atılır. Zaman keçir, insan idrakı cəhətdən formalaşır və yaşadığı cəmiyyətdə mövqeyini müəyyənləşdirməyə, ölkəsi üçün yararlı vətəndaş olmağa çalışır. Xoşbəxt də o kəslər olur ki, bu istək, arzu ona istənilən şəkildə nəsib olur.Çünki zaman, tarix anlayışları ilə götürəndə olur ki, hesabladığın deyil, nəsibin, alın yazın müəyyənləşdirir hər şeyi.


Elə Göyçə mahalının yetirməsi Azər Feyzi oğlu Kərimov da heç vaxt bilməzdi ki, həyat onu anadan olduğu Basarkeçər rayonunun Daşkənd kəndindən, Bərdə rayonunun Yeni Daşkənd kəndinə gətirəcək, mühəndis arzusu ilə qəbul olduğu Azərbaycan Politexnik İnstitundan (indiki AzTU) sonra Çexoslavakiyaya, Yuqaslaviyaya aparıb çıxaracaq. Bu gəncin uğurlarının bir-birini əvəz edəcəyini, onun bir gün geniş elmi fəaliyyətinə görə ali mükafatlarla təltif olunacağını, bir sıra elmi naliyyətlərə rəğmən xarici alimlərin marağını cəlb edəcəyini özü də müəyyənləşdirməkdə çətinlik çəkərdi.


Görünür, alın yazısı bir gün bu alimi - Azər Kərimovu çox-çox uzaqlara, Çexiyaya da aparacaqmış. Və belə də olur, Azər Kərimov çox uğurlu alim kimi Çexiya Respublikası Brno Texniki Universitetində ilk pedaqoji fəaliyyətlə məşğul olan Azərbaycanlı professor olur.


Məram, məqsəd bu insan üçün bununla da tamamlanmır.O,müddətdə Çexiya Azərbaycan Elm və Mədəniyyət Mərkəzinin xətti ilə Azərbaycan həqiqətlərini digər xalqların nümayəndələrinə təbliğ edir. Daha sonra Azərbaycan Beynəlxalq Diaspor Mərkəzinin rəhbəri kimi çox geniş fəaliyyəti ilə seçilir. O, diaspor rəhbəri kimi Avropa ölkələrində soydaşlarımızın ali məqsəd ətrafında birləşməsi üçün əlindən gələni edir.


Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, erməni faşizminin ifşası onun məqsəd və məramına çevrilir. Azər Kərimov xaricdə yaşayan tanınmış elm adamı kimi 2001-ci ilin noyabrında keçirilən Dünya Azərbaycanlılarının birinci qurultayında iştirak edir, Dünya Azərbaycanlıları Kordinasiya Şurasının üzvü seçilməklə bərabər, sonrakı qurultayların iştirakçısı da olur.


Onun sistemli şəkildə diaspor fəaliyyətinin nəticəsində avropanın tanınmış elm adamlarının, siyasətçilərinin, ictimai xadimlərinin ölkəmizə səfərləri təşkil olunur. Bunların sırasında prof. İvan Meznik, prof. Jurij Vanek, prof. Yuri Koleyka və digər onlarla şəxslər Azərbaycana gəlir, ölkəmizlə yaxından tanış olurlar.


Saymaqla qutarmayacaq diaspor fəaliyyəti Azər Kərimovun Avropanın zəngin tarixə malik aparıcı şəhərləri - Köln, Praqa,Vyana, Brno və şərqi avropa ölkələrində erməni təcavüzü, Qarabağ həqiqətləri və Xocalı soyqırımı haqqında geniş tədbirlər keçirməyə sövq etmişdir.Təbii,Azər Kərimovla birgə yürüdülən diaspor fəaliyyətində Akif və Münasib Qurbanov qardaşları,Vaqif Arzumanlı,Qasım Fezizadə və digər həmvətənlilərimiz əzmlə çalışıblar.Hətta birlikdə təzyiqlərlə qarşılaşıblar,əziyyətlərə də düçar olublar.Amma heç biri məslək bildiyi bu yoldan geri çəkilməyib.Beləcə illər ötüb,müdrüklüyü və ziyalılığı vəhdəd təşkil edən alimin ömür yolu yaxın ətrafına,digər soydaşlarımıza örnək olub.Onların diaspor fəaliyyətindəki birgə uğurları qardaşlığa çevrilib.Vətən sevgisi onları vahid amal ətrafında daha da doğmalaşdırıb.


Azər Kərimov haqqında bu qısa xatırlatma millətinə xidmət edən bir ziyalının yaşadığı gerçəklikdir, həqiqətdir. Bu həqiqət həm də ondan ibarətdir ki, şəxsiyyət anlayışı bir hadisə kimi hər kəsə nəsib olmur. Belə alimlər üçün vətən sevgisi, xalq məhəbbəti əqidəsinin əsl yoldaşı olur, təbii tələbatına çevrilir.


Tanıyanlar üçün belə vətən övladlarından biri də haqqında bəhs etdiyimiz,bu gün 70 yaşı tamam olan Azər Kərimovdu.

70 yaşın mübarək vətənoğlu!

 FAKTİNFO.AZ



Vətən sevgisi əqidə yoldaşı olanda...Vətən sevgisi əqidə yoldaşı olanda...Vətən sevgisi əqidə yoldaşı olanda...Vətən sevgisi əqidə yoldaşı olanda...Vətən sevgisi əqidə yoldaşı olanda...Vətən sevgisi əqidə yoldaşı olanda...
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi