“VƏZİYYƏT TAM NƏZARƏT ALTINDADIR” - Ukraynanın müdafiə naziri
Ukrayna müdafiə naziri Oleksiy Reznikov Müdafiə Nazirliyinin rəsmilərinin ölkəni tərk etməsi ilə bağlı məlumatların yalan olduğunu bildirib.
APA.az-ın xəbərinə görə, bu barədə Ukrayna Müdafiə Nazirliyinin rəsmi "Facebook" səhifəsində məlumat verilib.
“Mən Kiyevdəyəm. Təhlükəsizlik protokoluna uyğun olaraq, habelə təxirəsalınmaz görüşlərin keçirilməsi üçün yer dəyişdirmək vacibdir. Müdafiə nazirinin bütün müavinləri öz funksional vəzifələrinə uyğun işləyirlər. Müdafiə Nazirliyi, Baş Qərargah hamısı yerindədir və vəzifələrini yerinə yetirir”, - Ukrayna müdafiə nazirinin müraciətində qeyd olunub.
O bildirib ki, Rusiyanın Ukraynaya hücum etdiyi bütün istiqamətlərdə vəziyyət tam nəzarət altındadır: “Mən Ukrayna Silahlı Qüvvələrinin komandanlığı, Ukrayna Prezidenti və Ukraynanın Baş naziri ilə daim əlaqə saxlayıram. Eyni zamanda, beynəlxalq tərəfdaşlarla da danışıqlar aparıram”.
Reznikov deyib ki, Rusiya tərəfi xeyli itki verib, onların texnikası və şəxsi heyəti məhv edilib və bu davam edir.
Onu da qeyd edək ki,o Ukrayna ordusu Xarkovu saxlamağa nail olub. Bu istiqamətdə Rusiya ordusu hücuma keçsə də, böyük itkilər verib və geri çəkilib, hətta Xarkovdan müəyyən məsafəyə qədər uzaqlaşıb.
Bu xəbər üçün şərh yazın