“Vurğunu Xəlil Rzanın şeirinə görə ittiham etmək...”

“Vurğunu Xəlil Rzanın şeirinə görə ittiham etmək...” 

Görünür, özünü cəmiyyətin yadına salmağın, "desinlər ki, Xaçaturun xançalı var” pozası göstərməyin bir üsulu da budur. Zənnimcə, səhv üsuldur, miskin və mənəviyyatdan uzaq hərəkətdir.

Bu sözləri Kult.az-a açıqlamasında keçmiş səfir Hikmət Hacızadənin xalq şairi Səməd Vurğunla bağlı sözlərinə münasibət bildirən yazıçı Məti Osmanoğlu deyib. O bildirib ki, bu, Hikmət Hacızadənin Səməd Vurğun haqqında ilk çıxışı deyil.

“Hikmət Hacızadənin Səməd Vurğunun yaradıcılığı haqqında bu tonda fikir söyləməyə heç bir mənəvi haqqı çatmır. Bu adam Səməd Vurğunun yazdığı dili anasından deyil, lüğət və qrammatika kitablarından öyrənib və öz dilimizdə hələ də danışa bilmir. İndi də məlum olur ki, asıb-kəsdiyi Səməd Vurğunu oxumayıbmış: Səməd Vurğunu Xəlil Rzanın şeirinə görə ittiham etmək ədəbiyyata mənəviyyatsız yanaşmadır”.

M.Osmanoğlu Hikmət Hacızadənin Səməd Vurğunun oğlu Yusif Səmədoğlunun ətrafında fırlananlardan olduğunu deyib:

“Əgər bu ittihamlarını Yusif Səmədoğlunun sağlığında irəli sürmüş olsaydı, bəlkə də dediklərini ciddiyə almaq olardı. Düşünürəm ki, burada da bir əxlaq faktoru var. Əslində, sovet rejiminə mənən satılanlar öz övladlarına Azərbaycan dilini öyrətməyi lüzumsuz hesab edənlər idi ki, Hikmət Hacızadənin də ailəsi bu tip ailələrdən olub.

Müsahibə ilə bağlı yayılan rəylərin böyük əksəriyyəti də onu göstərir ki, cəmiyyət Hikmət Hacızadənin sözlərini ciddi qəbul etmir”.

Qeyd edək ki, Azərbaycanın Rusiyadakı keçmiş səfiri Hikmət Hacızadə S.Vurğunun mənasız biri olduğunu, nə qədər adam satdığını deyib. Bundan başqa, o, S.Vurğunun şeirlərinə tənqidi yanaşıb və şairin adına küçə olmasına mənfi münasibət bildirib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi