Xatirələrdə yaşayacaq insan - Zülfüqar Allahquliyev

Xatirələrdə yaşayacaq insan - Zülfüqar Allahquliyev 

İnsan doğulur ,böyüyür, özünü dərk edir və bir gün öləcəyini də bilir yaşayır.

Yaşadığı müddətdə öz vətəninə, elinə,obasına layiqli bir övlad olmağa çalışır. Kimi müəllim, kimi həkim, kimi isə mühəndis olaraq layiqli bir şəkildə vətəninə xalqına, elinə-obasına layiqli bir şəkildə ömrünü başa vurur,gələcək nəsillərə bir irs qoyur.

Zülfüqar Allahquliyev də belə şəxslərdən  idi.

O, Qazax mahalının Əzizbəyli kəndində doğulmuşdu. Kimsəsizlərə arxa olub,onlarla tələbə oxutmuş el ağsaqqalı idi.İşlədiyi kərpic zavodunda ad çıxarmışdı.Məhsuldar mühəndis kimi çoxlarının güvənc yerinə çevrilmişdi.Çoxlarının maddi imkanlarını təmin etmiş,özündən aslı olmayaraq qəlblərdə haqqında bir ağsaqqal obrazı yaratmışdı,bir dəfə də olsun özünə ad günü keçirməmişdi.Bu dəfə onun 70 yaşı keçiriləcəkdi,qohum-qardaş, dost-tanış əl qaldırıb oynuyacaqdı. Lakin ömür vəfa etmədi,əcəl onu 70 yaşını qeyd etməmiş yaxaladı.Çoxlarının tanıdığı el ağsaqqalı,xeyriyyəçi,kimlərsə üçün ata olmuş Zülfüqar Allahquliyev dünyadan köçdü.

Artıq 40 gündür ki, onu tanıyanlar köks ötürür,qəhirlənir,susqunluq içində bir birinə sual edirlər:”biz gördüyümüz yuxudur yoxsa ,həqiqət” .Onunla bir yerdə saç-saqqalını ağartmış Ramiz müəllim, ona kömək ola bilmədiyi üçün özünü  qınayır,gözü hər yanda onu axtarır.

Digər bir həmyerlisi isə nəql edir ki,Zülfüqar Allahquliyevi 1981-ildən tanıyıb. O, vaxtlar Azərrabitə tikinti baş idarəsində şöbə müdiri olub. Rayonlarda kabel xətləri çəkmək üçün kərpicə böyük ehtiyac duyulduğu vaxtlar olub.Mərhum Zülfüqar müəllim dövlət naminə ona olmazın köməkliklər edib. İndi onun yoxluğu bir əlində kitab,obiri əlində qələm tutan müəllim dostuna da qəm gətirir. Əlində qələm fəryad qoparır ki, niyə onun dərdinə dəva edəcək loğman tapılmadı.

Bu keşmə-keşli dünyanın heç kimə qalmayacağını bilən, qrup yoldaşı Ədalət müəllim ,Qazax, Gədəbəy, Qarabağda geniş döyüş yolu keçmiş,onu tanıyanların qəlbində özünə yer edən, xalası oğlu general Mahmud Həmzəyevin kədərli gözlərinə baxarkən kifayət edir ki, dost itgisinin nə olduğu anlaşılsın.

Hə,atanı bəzən meyvəsiz çinar ağacına da bənzədirlər.Meyvəsi olmasa da,kölgəsi daima balalarının üstündə olur.Bu anlamda Zülfüqar Allahquliyevin xeyirxah əməlləri daima övladlarının yoluna işıq salacaq,yol göstərəcək.Oğlanları- Süleyman,Vüqar Allahquliyevlər hər zaman onunla fəxr edəcəklər ki, böyük ürəkli, saf niyyətli ataları- Zülfüqar Allahquliyevə layiqli oğul olsunlar.

Bəli belə ata ilə fəxr etməyə dəyər!

Dünya səbr üstündə bərqərar olub.Bulanlıq sular da səbrli dünyamızda durulub. Ramiz dayı, Mahmud və Ədalət müəllim.Allah sizlərə də səbr versin.

Allah Zülfüqar müəllimə rəhmət eləsin!

Firudin Oruc, Şair- publicist,

 “Qızıl qələm” mükafatı laureatı

Xatirələrdə yaşayacaq insan - Zülfüqar Allahquliyev
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər