"Xəqani Kazımov cinayət məsuliyyətinə cəlb olunmalıdır”-

"Xəqani Kazımov cinayət məsuliyyətinə cəlb olunmalıdır”- "ADY"QSC-vəzifəli şəxsinə qarşı ittiham

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Mətbuat Xidmətinin rəhbəri Anar Nəcəflinin mətbuata verdiyi açıqlamaya görə, yolun çökən hissəsi 100 metr ərazini əhatə edir:

“Bir hərəkət zolağında tam olaraq çökmə baş verib, digər hərəkət zolağında da təhlükə var. Buna görə də ərazidə avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılıb”.

Problemin aradan nə zaman qaldırılacağına toxunan qurum sözçüsü hazırda AAYDA əməkdaşlarının ərazidə araşdırma apardığını, təmir-bərpa işləri bir neçə ay çəkəcəyini qeyd edib.

Qlobal.az-ın məlumatına görə, iqtisadçı ekspert, jurnalist Qadir İbrahimli hadisə barədə feysbuk səhifəsində maraqlı xəbər paylaşıb. Onun yazdığına görə, sözügedən ərazidə yol tikinti və bərkitmə işlərini “Azəryolservis” ASC-nin 71 saylı Yol İstismarı İdarəsi həyata keçirib: “O vaxt iş icraçısı tikintini standartlara uyğun apardığına görə Xaqani Kazımovun qəzəbinə tuş gəlib. Söhbətin şahidlərinin sözlərinə görə, Kazımov gənc iş icraçısına deyib ki, bəs gələn il barmaq sovuracağıq? Yəni keyfiyyətsiz təmir edin ki, hər il “təmir” adıyla pullar silinsin. Bu cinayət əməlidir və Xəqani Kazımov cinayət məsuliyyətinə cəlb olunmalıdır”.

Qeyd edək ki, mətbuatda Xəqani Kazımovun rəhbərlik etdiyi idarənin apardığı yol tikinti işlərinin keyfiyyətsiz olması barədə zaman-zaman yazılıb. Həmin yazılarda X. Kazımovun övladlarının dəyəri yüz min dollarlarla ölçülən bahalı avtomobil kolleksiyasına sahib olduğu da iddia olunub.

Xatırladaq ki, Bibiheybət məscidindən şəhər istiqamətində olan yolda təmir-bərpa işləri cari ilin mart ayında bitib. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin bu barədə yaydığı məlumatda deyilirdi: “İşlər çərçivəsində sözügedən hissədə köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, yararsız qrunt 2-3 metr dərinlikdə qazılaraq çıxarılıb, 11 min kub/m həcmdə yararlı karxana materialı ilə əks dolğu işləri görülərək kipləşdirilib və yeni yol yatağı inşa edilib. Bunun ardınca tikinti norma və standartlarına uyğun olaraq lazımi qarışıqlardan istifadə olunmaqla 36 sm hündürlükdə və 4500 kv/m sahədə alt və üst lay olmaqla yeni yol əsası salınıb. Torpaq işləri bitəndən sonra 8500 kv/m əraziyə 3 laydan ibarət iri və xırda dənəli yeni asfalt-beton örtüyü döşənib”.

AFN xatırladır ki, Xəqani Kazımovun oğlu Vüsal Kazımov bir müddət əvvəl medianın gündəminə gəlmişdi. Mediada onun dəbdəbəli həyat tərzi və bahalı maşın kolleksiyası barədə məlumatlar yayılmışdı. Bundan sonra Vüsal Kazımov prokurorluq orqanlarından qovulub. Lakin Vüsal Kazımovun harınlığından hiddətlənən baş prokuror Zakir Qaralov Vüsal Kazımovu işdən qovmaqla kifayətlənməyib. O, Vüsal Kazımova görə prokurorluq orqanlarındakı iki səlahiyyətli şəxsdən tabeliklərində olan əməkdaşların xidməti və əmək intzamına ciddi nəzarətin təmin olunmasını tələb edib. Zakir Qaralovun müvafiq əmrində deyilir:

“1.Bakı şəhər Səbail rayon prokurorluğunun sınaq müddətilə müstəntiq vəzifəsinə təyin edilmiş Kazımov Vüsal Xəqani oğlu əmək intizamını kobud şəkildə pozduğuna görə prokurorluq orqanlarından xaric edilsin.

2.Səbail rayon prokuroru vəzifəsini icra edən Natiq Əsədov və Bakı şəhər prokuroru Əziz Seyidovdan tabeçilikdə olan əməkdaşların xidməti və əmək intizamına ciddi nəzarətin təmin edilməsi üçün zəruri tədbirlərin görülməsi tələb olunsun”.

V.Kazımovun prokurorluq orqanlarından qovulmasına səbəb olan bahalı avtomobil kolleksiyasının fotolarını təqdim edirik:

Onu da qeyd edək ki,hazırda Xaqani Kazımov "Azərbaycan Dəmir Yolları" QSC-in tikinti sektoruna rəhbərlik edir,Cavid Qurbanovun yerlisidir,ona ən yaxın şəxs hesab olunur.

Bibiheybət yoluna ayrılan pul belə yeyilib...
Bibiheybət yoluna ayrılan pul belə yeyilib...
Bibiheybət yoluna ayrılan pul belə yeyilib...
Bibiheybət yoluna ayrılan pul belə yeyilib...
Bibiheybət yoluna ayrılan pul belə yeyilib...
Bibiheybət yoluna ayrılan pul belə yeyilib...
Bibiheybət yoluna ayrılan pul belə yeyilib...

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi