"Xəstəliyimin səbəbi ilə bağlı arayışı və təyyarəyə aldığım biletin nömrəsini..."

"Xəstəliyimin səbəbi ilə bağlı arayışı və təyyarəyə aldığım biletin nömrəsini..." -Nurlana Əliyeva

Bakı Slavyan Universitetinin sabiq rektoru Nurlana Əliyeva Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən iclasda, onun məcburi məhkəməyə gətirilməsi barədə qərar qəbul olunması xəbərinə münasibət bildirib.

Sabiq rektor Faktinfo.az saytına açıqlamasında bildirib ki, o, bu barədə hər hansı rəsmi məktub almayıb.Hazırda da yayılmış məlumatdan xəbərsizdi. "Təxminən 3-4 ay bundan əvvəl polis məhkəməyə gəlməyimə dair mənə zəng etmişdi.Xəstəliyimin səbəbilə  bağlı arayışı və Türkiyəyə getmək üçün təyyarəyə aldığım biletin nömrəsini məhkəmənin sədrinə təqdim etdim, -deyə Bakı Slavyan Universitetinin sabiq rektoru Nurlana Əliyeva bildirdi.


Qeyd edək ki,Bakı Slavyan Universitetinin (BSU) əlavə və qiyabi təhsil şöbəsinin sabiq müdiri Dürdanə Əliyevanın cinayət işi üzrə məhkəmə araşdırması davam edir.Bir sıra saytlarda yayılmış xəbərlərdə bildirilir ki,Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən iclasda Nurlana Əliyevanın şahid qismində məhkəməyə gətirilməsi barədə qərar qəbul olunub,qərarın icrası  polisə həvalə edilib.

Faktinfo.az


Birinci məlumatlanmaq üçün facebook səhifəmizi