Xəstəyə pulsuz dərman verilməsindən imtina edildi

Xəstəyə pulsuz dərman verilməsindən imtina edildi – Sabirabad rayon Mərkəzi Xəstəxanasının baş həkimindən şikayət

"Sabirabad rayon Mərkəzi Xəstəxanasından 2 ay pulsuz dərman verildi. Növbəti aylarda bundan imtina edildi".

Faktinfo.az xəbər verir ki, bu fikirlər qaraciyər xəstəsi olan Sayılova Şəfəq Yaşar qızına aiddir.

Sabirabad rayon Poladtuğay kənd sakini Şəfəq Sayılovanın  istifadə etdiyi dərmanın birinin qiyməti  80 manatdır. Ay ərzində 5 adda dərmana ehtiyacı olan xəstə bir müddət əvvəl Birinci vitse- prezident Mehriban xanım Əliyevaya,Səhiyyə naziri Oqtay Şirəliyevə müraciət edib. Bundan sonra Şəfəq Sayılovanın dərmanla təminatı Sabirabad rayon Mərkəzi Xəstəxanası tərəfindən həyata keçirilib. 

Xəstəni 2 ay dərmanla təmin edən xəstəxanın baş həkimi hazırda bundan imtina edib.Ay ərzində dərman almağa 400 manat vəsaiti olmayan  Şəfəq Sayılovanın vəziyyəti hazırda xeyli ağırlaşıb, onda kəskin ağrılar baş qaldırıb.

Məsələyə aydınlıq gətirmək üçün  Sabirabad rayon Mərkəzi Xəstəxanasının baş həkimi Yusif Quliyevlə əlaqə saxlamaq istəsək də,çoxsaylı  zənglərimizə cavab verilmədi.

Lətafət Orucqızı

Faktinfo.az 

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər