Xətaidə rəis müavini qanunsuz tikililərə görə saxlanıldı- Razim Məmmədov çətin durumda
Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəis müavini saxlanılıb.
Bu barədə artıq ölkə KİV-ləri məlumat yayıb.Xaliq Məmmədov rayondakı qanunsuz tikililərə rəhbərlik etməkdə ittiham olunur.Onun Rayon İcra Hakimiyyəti başçısının təlimatına uyğun hərəkət etməsi istisna olunmur.Mənzil Kommunal Təsərrüfat Birliyinin rəis müavini Məmmədov Xaliq Faiq oğlunun Razim Məmmədovun qohumu olduğu bildirilir.
Qeyd edək ki, bir müddətdir Bakı Şəhər İcra Hakimiyyətinin müavini Eldar Əzizozovun göstərişi ilə qanunsuz obyektlərin sökülməsi həyata keçirilir.
Dünən isə E. Əzizov təcili Xətai rayonuna baş çəkib və qanunsuz tikililərin hamısını gəzib.
Xatırladaq ki, ötən gün prezident İlham Əliyev qanunsuz tikililərlə bağlı sərt mövqe bildirib. O, qeyd edib ki, Bakı şəhərində və digər şəhərlərdə qanunsuz tikililərə son qoyulmalıdır və son qoyulur: “Müvafiq sərəncam imzalanıb, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin icazəsi olmadan bir dənə də bina tikilə bilməz. Bu məsələ ilə bağlı mən əvvəllər də fikirlərimi bildirmişəm. Bu gün deyə bilərəm ki, artıq bu məsələ öz həllini tapıb. Çünki əvvəlki dövrlərdə təqsiri bələdiyyələr rayon icra hakimiyyətlərinin, rayon icra hakimiyyətləri Bakı Şəhər İcra Hakimiyyətinin, Bakı Şəhər İcra Hakimiyyəti bələdiyyələrin, yəni, bir-birinin üstünə atırdılar. Amma əslində hamısı əlbir idilər. Çünki qanunsuz tikililərdən böyük qazanc əldə edirdilər. Buna son qoyulub, artıq imzalanıb. Yəni, bu qaydanı pozan cinayət məsuliyyətinə cəlb ediləcək və qanunsuz tikilən binalar dərhal söküləcək”.
Bu xəbər üçün şərh yazın