Xırdalanda 3 qızın ölümü: narkomanlar binadan atır?
Xırdalanda avqust ayı ərzində ard-arda 3 yeniyetmə qız intihar edib.
24 avqust tarixində 2008-ci il təvəllüdlü Omid Şəbnəm Abdullah qızı Xırdalanda özünü binadan ataraq intihar edib.
Sakinlər bildirib ki, Şəbnəm bir müddət əvvəl həmin binadan özünü ataraq intihar edən qızın rəfiqəsi olub. Eyni binada baş verən iki rəfiqənin intiharından sonra 31 avqust tarixində həmin binanınn yaxınlığında yerləşən binada daha bir intihar hadisəsi baş verib. Bu dəfə 15 yaşlı qızın intiharı ciddi narahatlığa səbəb olub.
Xırdalanda yaşayan insanlar bildirir ki, bu, intihar deyil və həmin ərazidə yaşayan narkomanlar qızlara təcavüz edərək öldürür.
Məsələ ilə bağlı Baş Prokurorluqdan saytımıza bildirildi ki, hər bir fakt üzrə hazırda araşdırmalar davam edir.
Qeyd edək ki, qızların heç biri intihar etdiyi binalarda yaşamır./Axar.az
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın