XV əsrdə tərtib olunmuş lüğət Azərbaycanda
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktor müavini, filologiya elmləri doktoru Paşa Kərimov Tehranın Məclis Kitabxanasından “Lüğəte-Nemətullah” adlı əsərin surətini əldə etmişdir.
İnstitutdan Faktinfo.az-a verilən məlumatda bildirilir ki, XVI əsrdə yaşamış Nemətulla ibn Əhməd ibn Mübarək ər-Rumi Sofiyada dünyaya gəlmiş, İstanbulda yaşamış, 1561-ci ildə vəfat etmişdir. 1539-cu ildə yazılmış “Lüğəte-Nemətullah” farsca-türkcə lüğət olmaqla bərabər fars dilinin qrammatikasına dair əsərdir. Əsərin əlyazma nüsxələri London və Paris kitabxanalarında, Sankt-Peterburq Şərqşünaslıq İnstitutunun şərq əlyazmaları şöbəsində, o cümlədən, Əlyazmalar İnstitutunda saxlanılır.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın